🏃‍♂️ Şəhərimizi qaçaraq kəşf etdik — 21 km-lik şəhər turu

Komandamız bu dəfə adi məşqdən bir qədər fərqli format seçdi. Yarı marafon məsafəsində — 21 km-lik şəhər turu həyata keçirərək Bakının qaçış və istirahət üçün uyğun məkanlarını birlikdə kəşf etdik.
Məqsədimiz yalnız məsafə toplamaq deyildi. Marşrut boyunca şəhərin müxtəlif parklarını və açıq məkanlarını ziyarət edərək qaçış, istirahət və aktiv həyat üçün hansı imkanların olduğunu yaxından görmək istədik.
Bu tur bizə bir daha göstərdi ki, qaçış yalnız məşq meydançasında deyil — şəhərin özündə də bir kəşf səyahətidir. 🏃‍♂️🌆
Bakıda qaçış üçün uyğun məkanların daha da çoxalması, insanların rahat və təhlükəsiz şəkildə idman edə bilməsi bizim üçün vacibdir.
Komanda olaraq belə şəhər turlarını davam etdirəcək, müxtəlif marşrutları sınaqdan keçirəcək və təcrübələrimizi qaçış icması ilə bölüşəcəyik.
21 km məsafə, bir şəhər, çoxlu yeni kəşf.

Dayanma Dostum — Sərhədləri aş!


🤝 Komandamıza dəstək olmaq istəyirsinizsə, saytımızda “İanə et” düyməsini sıxaraq ödənişə davam edə bilərsiniz:
dayanmadostum.az

Birlikdə daha güclüyük! 
Share: f 𝕏 ✆ ✈