Dayanma Dostum Running Club-un 9 üzvü Xankəndi Ultramarafonunda yeni bir çağırışa hazırlaşır! 8–11 oktyabrda Qəbələdən Xankəndiyə uzanan 192 kilometrlik yolda klubumuzu qürurla təmsil edəcəyik. Arif, Valeh, Ceyhun, Mehman, Gülər, Nərmin, Rusif, Cavad və Ramil bu yola məşqlərdə qazandıqları dözüm və komanda ruhu ilə çıxırlar. Qarşıda uzun yollar, yorğun ayaqlar və iradəmizi sınayan anlar var. Hər çətin addımda bir-birimizə verdiyimiz dəstək davam etmək üçün gücümüz olacaq. Bu yolun hər kilometrində dostluğumuzun və zəhmətimizin izini qoymaq istəyirik. Sərhədləri aş — Xankəndiyə doğru birlikdə!

dayanmadostum.az saytına daxil olaraq "İanə et" bölməsindən Komandamızın fəaliyyətini dəstəkləmək məqsədilə ödəniş edə bilərsiniz.

#birlikdədahagüclüyük #dayanmadostum #sərhədləriaş
Paylaş: f 𝕏 ✆ ✈