Dayanma Dostum komandası 25 oktyabrda Böyükşor Bulvarında keçiriləcək “Qızıl Payız Qaçış Festivalı”nda 7 idmançı ilə təmsil olunacaq! 💙💚
Komandamız 12 km qaçış məsafəsində mübarizə apararaq həm fərdi nəticələrini yaxşılaşdırmağa, həm də klubumuzun adını layiqincə təmsil etməyə hazırdır.
Bu yarış sadəcə finiş xəttinə çatmaq deyil — birlik, əzmkarlıq və qaçış sevgimizi paylaşmaq fürsətidir!
İdmançılarımıza uğurlar arzulayırıq! 🔥
Dayanma Dostum — Sərhədləri aş!

Komandamıza dəstək üçün İanə et bölməsindən ödəniş edə bilərsiniz.

#DayanmaDostum #QızılPayızQaçışFestivalı #RunningAzerbaijan #ZafarRunClub
Paylaş: f 𝕏 ✆ ✈