Komanda 01 avqust 2025-ci ildə formalaşmış və hədəfləri üçün fəaliyyətini davam etdirməkdədir.
KLUBUN MİSSİYASI
🎯 Kütləvi idman: Qaçışı hər kəs üçün əlçatan etmək və cəmiyyətə yeni insanlar qazandırmaq.
🏃♂️ Peşəkar inkişaf: Yeni başlayan həvəskarlardan peşəkar qaçışçılar və idmançılar yetişdirmək.
⛰️ İxtisaslaşma: Xüsusilə uzun məsafələr (3 km-dən başlayaraq 48 saatlıq qaçışlar, Backyard Ultra, Trail və s.) üzrə güclü idmançılar hazırlamaq.
🏆 Təmsilçilik: Həm ölkə daxilində, həm də beynəlxalq arenadakı yarışlarda klubu və ölkəmizi layiqincə təmsil etmək.
🏁 Təşkilatçılıq: Hər il yüksək səviyyədə 1–3 arası yerli və ya regional qaçış yarışı təşkil etmək.