27 SENTYABR — ANIM GÜNÜ QAÇIŞI

Bu gün Antena Parkda bir araya gələrək 27 Sentyabr — Anım Gününə həsr olunmuş xüsusi qaçışımızı keçirdik. Orada Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz ruhunu 1 dəqiqəlik sükutla yad etdik. 

Səhər saat 07:00-da Antena Parkdan start verdik, qaçışımızı Şəhidlər Xiyabanına qədər davam etdirdik.

Daha sonra qaçışımızı davam etdirərək yenidən Antena Parkda finiş etdik.

Bu xüsusi gündə bizimlə birlikdə olan:
Dayanma Dostum Qaçış Klubu
Bakı Marafon Klubu
Zəfər Qaçış Klubu
Sumqayıt Marafon Klubu
Doktor Run

və tədbirə qoşulan bütün qaçışçılara təşəkkür edirik.

Bu gün məsafədən daha önəmli olan birlikdə olmaq, xatırlamaq və ehtiram göstərmək idi.

🇦🇿 Şəhidlərimizin əziz xatirəsini daim yaşadacağıq.

🤝 Komandamıza dəstək olmaq istəyirsinizsə, saytımızda “İanə et” düyməsini sıxaraq ödənişə davam edə bilərsiniz:
dayanmadostum.az

#birlikdədahagüclüyük
Поделиться: f 𝕏 ✆ ✈