DAYANMA DOSTUM QAÇIŞ KLUBU

Aylıq fəaliyyət hesabatı


Hesabatı oxumamışdan öncə İanə et düyməsinə sıxmaqla Komandamıza dəstək üçün ödənişə keçid edə bilərsiniz. Əvvəlcədən təşəkkürümüzü bildiririk.

Oktyabr 2026

Hesabatın məqsədi

Klubun aylıq fəaliyyətini, iştirak dinamikasını, yarışlarda təmsilçiliyini, ən aktiv üzvləri və fərdi nailiyyətləri vahid formatda təqdim etmək.

Hesabat bölmələri

01   Ayın əsas göstəriciləri

02   İştirak etdiyimiz yarışlar

03   Ayın ən aktiv iştirakçıları

04   Ayın fərdi nailiyyətləri

05   Ayın əsas nəticələri

Qeyd

Bu hesabat yalnız klubun üzvlərini əhatə edir. Klubun üzvü olmayan, lakin qaçışlarımızda fəal iştirak edən dostlarımız da var. Aktiv üzvlərimizə, qaçışlarımızda və tədbirlərimizdə iştirak edən hər kəsə təşəkkür edirik.

Komandamızın üzvü olmasa, qaçışlarımızda və tədbirlərimizdə aktiv iştirak etdikləri üçün Leyla Abdinovaya, Nazim Abdinova və Namiq Dəmirova xüsusi  təşəkkür edirik.


01

Ayın əsas göstəriciləri

Sentyabr ayında klubun ümumi fəaliyyətini göstərən seçilmiş göstəricilər.

Göstərici

Oktyabr 2026

Aktiv iştirakçı

26 (+3 region)

Ümumi iştirak

227

İştirak olunan yarış

4

Yarış iştirakçısı

14

 

26 aktiv iştirakçı ay ərzində 227 iştirakla klub fəaliyyətini formalaşdırıb.

Hesabatda əsas anlayışlar

Göstərici

İzah

Aktiv iştirakçı

Ay ərzində klubun ən azı 1 qaçışına qoşulan üzv.

Ümumi iştirak

Ay ərzində bütün klub qaçışlarında qeydə alınmış iştirakların cəmi.

Yarış iştirakçısı

Ay ərzində klub ilə və ya klub adından yarışlarda iştirak edən üzvlər.


 

02

İştirak etdiyimiz yarışlar

Klubun digər təşkilatların keçirdiyi yarışlarda təmsilçiliyi.

№

Yarışın adı

Tarix

Məsafə

İştirakçı

Qeyd

1

3-cü Xankəndi Ultra Marafonu

08-11.10.2026-cı il

192km)

9

Komandamız 9 atlet ilə yarışa qatılmış, onlardan 6 nəfəri yarışı bitirmişdir. Qadınlarda Gülər Salahova ümumi sıralamada 4-cü yaş kateqoriyasında 2-ci olmuşdur. Kişilərdə İsa Cavad Mustafazadə ümumi sıralamda 9-cu yeri tutmuşdur. Üzvlərimizdən Rusif Şirməmmədov, Ceyhun Məmmədov, Ramil Tarıverdiyev və Mehman Nəbiyev uğurlu bitirmişdir.

2

Zirvəyə qalxaq?!

18.10.2026

Pilləkənlər

6

Hər bir iştirakçı uğurla bitirmişdir.

3

Kros qaçışı üzrə payız ölkə çempionatı

18.10.2026

10km

1

Komandamızdan Seymur Hüseynov yarışda iştirak etmişdir. Səhhəti ilə əlaqədar yarışı bitirməmişdir.

4

Sadıq Sadıqovun anadan olmasının 72-ci ildönümünə həsr olunmuş “Qızıl Payız Qaçış Festivalı”

25.10.2026

12 km

7

Komandamızdan Gülər Salahova  qadınlar arasında ümumi kateqoriyada 3-cü, yaş kateqoriyasında isə  1-ci olmuşdur. Kişilər arasında Seymur Hüseynov 4-cü, Cavad Mustafazadə isə 6-cı olmuşdur.

 

4 yarışda ümumilikdə 14 klub üzvü iştirak edib.


03

Ayın ən aktiv iştirakçıları

Ən çox qaçışa qoşulan 3 qadın

Sıra

İştirakçı

İştirak

1

Gülər Salahova

12

2

Nərmin Həsənli

10

3

Nərmin Bəhmanova

Səriyyə Heydərova

8

 

Ən çox qaçışa qoşulan 3 kişi

Sıra

İştirakçı

İştirak

1

Cavad Mustafazadə

23

2

Ceyhun Məmmədov

22

3

Ramil Tarıverdiyev

19

 

Aylıq məsafə göstəricisi

Kateqoriya

İştirakçı

Məsafə

Qadınlar üzrə

Gülər Salahova

405.2km

Kişilər üzrə

Nəriman İsmayılov

509km


 

04

Ayın fərdi nailiyyətləri

Şəxsi rekordlar, yeni məsafələr və yarışlardakı diqqətçəkən nəticələr.

QADINLAR

İştirakçı

Nailiyyət

Əvvəlki nəticə

Yeni nəticə

Tarix və yarış

Gülər Salahova

10 km şəxsi rekord

-

48 dəqiqə 30 saniyə

Qızıl Payız Qaçış Festivalı

Kristina Quliyeva

10 km şəxsi rekord

 

55 dəqiqə 21 saniyə

Qızıl Payız Qaçış Festivalı

 

KİŞİLƏR

İştirakçı

Nailiyyət

Əvvəlki nəticə

Yeni nəticə

Tarix və yarış

Cavad Mustafazadə

10 km şəxsi rekord

39 dəqiqə 56 saniyə

38 dəqiqə 46 saniyə

Qızıl Payız Qaçış Festivalı

Rusif Şirməmmədov

5 km şəxsi rekord

19 dəqiqə 53 saniyə

19 dəqiqə 4 saniyə

Məşqdə

Ziya Ağazadə

10 km şəxsi rekord

-

45 dəqiqə 23 saniyə

Məşqdə

Ramin Salayev

10 km şəxsi rekord

-

45 dəqiqə 47 saniyə

Məşqdə

Pərviz İsmayıllı

5 km şəxsi rekord

-

23 dəqiqə 43 saniyə

Məşqdə

Ramil Tarıverdiyev

10 km şəxsi rekord

-

52 dəqiqə 29 saniyə

Qızıl Payız Qaçış Festivalı

Fərid Əliyev

10 km şəxsi rekord

-

50 dəqiqə 46 saniyə

Qızıl Payız Qaçış Festivalı

 


05

Ayın əsas nəticələri

Oktyabr ayında klubumuz kifayət qədər aktiv olub.

Üzvlük və iştirak

•  3 üzvümüzün doğum günü oktyabr ayında olmuşdur.

•  3 nəfər qaçışdan uzaqlaşdığına görə Komandadan ayrılıb.

• Ən çox yarışda iştirak edən üzvümüz Ramil Tarıverdiyev olub.

Yarışlar və fərdi nailiyyətlər

•  Ayın ən səbirli idmançısı Nərmin Bəhmanova olmuşdur. O, Xankəndi Ultra Marafonunu 2-ci gündə tərk etsə də, o həmin günü yarışı bitirmişdir. Sadəcə vaxt limitindən 9 dəqiqə gec gəldiyi üçün qaydalara uyğun yarışdan kənarlaşdırılmışdır.

•  Arif Lətifov Xankəndi Ulta Marafonunun ilk gününü uğurla bitirərək, ultraqaçışçı adını qazanmışdır.

•  Ayın ən surpriz idmançısı Mehman Nəbiyev olub. O, Xankəndi Ultamarafonunun 1-ci mərhələsində 1 saat  40 dəqiqə 14 saniyəyə yarımarafon qaçdı.

Kommunikasiya və təşkilati fəaliyyət

•  Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu (MİTRİ) ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Atletlərimiz  müəyyən check-up paketlərdən endirimlə faydalana biləcəklər.

• Komandamızın hesabına üzvlərimiz və digər şəxslər tərəfindən toplam 171 AZN ianə edilmişdir.

•  Instagram hesabımızda 32 post paylaşılıb. Onlardan bir neçəsi üzvlərimizlə birgə paylaşılıb.

• Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Vəfa Musayeva ilə görüşdə iştirak edib.

•  “Həmrəylik Qaçışı 2026”nın təşkili istiqamətində fəaliyyət həyata keçirilib.

 

 

 

Поделиться: f 𝕏 ✆ ✈