🏆 MASALLIDA ZƏFƏR! SEYMUR HÜSEYNOV YARIŞIN QALİBİDİR! 🇦🇿

Bu gün Masallıda Zəfər Gününə həsr olunmuş yarımarafon keçirildi. Sevindirici haldır ki, Dayanma Dostum Qaçış Klubunun üzvü Seymur Hüseynov günün qalibi oldu! 🥇
O məsafəni 1 saat 16 dəqiqə 59 saniyəyə bitirdi.

Seymuru bu möhtəşəm nəticə münasibətilə ürəkdən təbrik edirik! Onun əzminə, zəhmətinə və potensialına inanır, uğurlarının davamlı olmasını arzulayırıq.

Yarışda iştirak edən digər komanda yoldaşlarımız da əla çıxış edərək klubumuzu layiqincə təmsil etdilər. Onların nəticələri və yarış təəssüratları barədə yaxın zamanda daha ətraflı məlumat paylaşacağıq.

Bu qələbə təkcə bir idmançının uğuru deyil, həm də komanda olaraq paylaşdığımız sevinc və qürurun bir parçasıdır!

Təbriklər, Seymur! Daha böyük hədəflərə doğru!

Komandamıza dəstək üçün İanə et bölməsindən ödəniş edə bilərsiniz.

💙 Dayanma Dostum Qaçış Klubu — Sərhədləri aş!

#DayanmaDostum #MasallıYarımMarafonu #ZəfərQaçışı #SeymurHüseynov #KomandaRuhu #SərhədləriAş
Поделиться: f 𝕏 ✆ ✈