🏃‍♂️ Qələbə qaçışına doğru — birlikdə, eyni ruhla! 🇦🇿

Bu gün Dayanma Dostum Qaçış Klubu olaraq 1 noyabrda keçiriləcək Qələbə qaçışı öncəsi asan qaçışımızı həyata keçirdik.

Bu qaçış həm də iki dəyərli komanda yoldaşımızın — Gülər və Nərimanın doğum günü qaçışı oldu. 🎂💙

Məşqimizi xoş atmosferdə, dostluq və komanda ruhu ilə tamamladıq. Sabah isə 22 nəfərlik komandamızla Qələbə qaçışında iştirak edərək Zəfər ruhunu addımlarımızla yaşadacağıq!

Belə görüşlər bizə bir daha xatırladır: qaçış yalnız məsafə və nəticə deyil, insanları bir araya gətirən, dostluq və birlik yaradan bir yoldur.

💚 Komandamıza sən də dəstək ol!

Dayanma Dostum Qaçış Klubunun fəaliyyətini genişləndirmək, daha çox insanı qaçışa cəlb etmək və yeni layihələr həyata keçirmək üçün dayanmadostum.az saytı vasitəsilə ianə edə bilərsən.

Hər bir ianə komandamızın inkişafına verilən dəyərli töhfədir!

Sabah Qələbə qaçışında görüşənədək!

Dayanma Dostum Qaçış Klubu — Sərhədləri aş! 🇦🇿💙💚

#DayanmaDostum #QələbəQaçışı #KomandaQaçışı #AdGünüQaçışı #Qürurlaİrəli #SərhədləriAş
Поделиться: f 𝕏 ✆ ✈