QAÇIŞDAN ZİRƏVƏLƏRƏ — İLHAMVERİCİ GÖRÜŞ! 🏔️🇦🇿

Bu gün komandamızla birlikdə Filarmoniya bağından start götürərək Dağüstü Parka qədər qaçış etdik. Bakının gözəl mənzərələri fonunda keçirdiyimiz məşqdən sonra isə xüsusi bir görüşdə iştirak etdik.

🏔️ Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Vəfa Musayeva ilə görüşmək, onun təcrübəsini, çətinliklərini və zirvəyə gedən yolunu dinləmək bizim üçün böyük motivasiya oldu.

Bu görüş bizə bir daha xatırlatdı ki, böyük məqsədlərə gedən yol iradə, intizam, səbir və davamlı zəhmət tələb edir.

İstər qaçışda, istərsə də alpinizmdə əsas məsələ zirvəyə çatmaqdan əvvəl o yolda göstərdiyin əzmdir.

Vəfa xanıma səmimi görüş və dəyərli təcrübəsini bizimlə bölüşdüyü üçün təşəkkür edirik! Yeni zirvələr arzulayırıq! 💙💚

dayanmadostum.az saytına daxil olaraq "İanə et" bölməsindən Komandamızın fəaliyyətini dəstəkləmək məqsədilə ödəniş edə bilərsiniz.

Dayanma Dostum — Sərhədləri aş!


#birlikdədahagüclüyük
Paylaş: f 𝕏 ✆ ✈