“Dayanma Dostum” Qaçış Klubuna Xoş Gəlmisiniz!
Kluba qoşulmaq qərarına gəlməzdən əvvəl əsas dəyərlərimiz və gözləntilərimizlə tanış olmağınız vacibdir. Biz sadəcə qaçış qrupu deyilik; biz uzun məsafələr, trail və ultra qaçışlar üzrə inkişaf edən, bir-birini dəstəkləyən güclü bir ailəyik.
Kluba qatılarkən bilməli olduğunuz ən vacib 5 əsas qayda:
1. İlkin sınaq və sağlamlıq
• Kluba qoşulduqdan sonra ilk 1 ay sınaq müddətidir. Bu müddətdə uyğunlaşma prosesiniz qiymətləndirilir.
• Uzunmüddətli fiziki yüklənmələrə hazır olmağınız və sağlamlıq məsuliyyətini qəbul etməyiniz tələb olunur.
2. Aktivlik və məşq öhdəliyi
• Ay ərzində elan olunan məşqlərdən ən azı 3-ə qoşulmalısınız.
• Hər ay minimum 35 km qaçış məsafəsini tamamlayıb nəticələrinizi paylaşmalısınız.
• Hər 6 ayda bir rəsmi yarışda klubumuzu təmsil etməyiniz gözlənilir.
3. Komanda loyallığı (Tək Klub prinsipi)
• Klubun üzvü başqa bir qaçış klubuna üzv ola və ya başqa klubu təmsil edə bilməz. Əsas təmsilçiliyimiz həmişə “Dayanma Dostum” olmalıdır.
• Komanda daxilində hamı bir-birini dəstəkləyir ("no-drop" prinsipi – heç kim yolda tək qoyulmur).
4. Forma və təmsilçilik
• Rəsmi yarışlarda start xəttinə klubun forması və ya atributları ilə çıxmaq məqsədəuyğundur.
• Kürsüyə (mükafatçılar sırasına) çıxdıqda isə klub forması və ya bayrağı ilə təmsil etmək mütləqdir.
5. Könüllülük və icma fəallığı
• Klubun ildə təşkil etdiyi rəsmi yarışlarda (könüllü, marşal və s. kimi) təşkilati dəstək vermək hər bir üzvün borcudur.
• Əlaqə kanallarında aktiv olmaq və paylaşımlarda #dayanmadostum həştəqindən istifadə etmək dəvətimizdir.
Qeyd: Klubumuzun fəaliyyətinin təməl mərhələsində üzvlük haqqı məcburi deyil. Gələcəkdə bu qaydalara dəyişiklik edilərsə, əvvəlcədən məlumatlandırılacaqsınız.
Hamınıza uğurlar arzulayırıq!