🇦🇿 ZƏFƏR GÜNÜ QAÇIŞI — 44 GÜNÜN RƏMZİNƏ 44 KM!
08 noyabr Zəfər Gününü Dayanma Dostum Qaçış Klubu olaraq birlikdə qaçaraq qeyd edirik!
Bütün qaçışsevərləri bu xüsusi qaçışa qoşulmağa dəvət edirik. Məsafəni öz imkanınıza uyğun seçə bilərsiniz.
📍 Toplanış: Marriott Boulevard otelinin önü
📅 Tarix: 08 noyabr
🕖 Saat: 07:00
İki fərqli marşrut:
🏃 Qısa məsafə qaçışı
- Marriott Boulevard otelinin önündən start
- Zığ yoluna doğru qaçış
- Eyni marşrutla geri dönüş
🇦🇿 44 KM — Zəfərə həsr olunmuş simvolik qaçış
- Marriott Boulevard otelinin önündən start
- Bibiheybət məscidinə qədər
- Dayanmadan geri dönüş
- Ümumi məsafə: 44 km
44 km — Vətən müharibəsinin 44 günlük qəhrəmanlıq tarixinin rəmzi.
Bu qaçışda iştirak etmək üçün 44 km qaçmaq şərt deyil. Qısa məsafədə də bizə qoşula, Zəfər Gününü birlikdə qeyd edə bilərsən.
Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə və qəhrəmanlarımıza minnətdarlığımızı bildiririk.
Gəl, Zəfərimizi birlikdə addımlayaq! 🇦🇿
Dayanma Dostum Qaçış Klubu — Sərhədləri aş! 💙💚
#DayanmaDostum #ZəfərGünü #8Noyabr #44KM #ZəfərQaçışı #KomandaRuhu