🎂🏃‍♀️ Bu gün Dayanma Dostum komandası ultra qaçış üzrə 24 saatlıq Azərbaycan rekordunun sahibi Leyla Abdinovanın dəvəti ilə onun doğum günü qaçış tədbirində iştirak etdi. 🇦🇿

Bu gözəl görüş həm də komandamız üçün həftəlik uzun qaçışımızı birlikdə həyata keçirmək fürsəti oldu.

 Komandamız adından Leyla xanıma xatirə hədiyyələri təqdim etdik. Onun dözümlülüyü, əzmkarlığı və nailiyyətləri hər bir qaçışçı üçün ilham mənbəyidir.

Bu gün bizim üçün daha bir əlamətdar məqam var idi: Dayanma Dostum forması ilə bu tədbirdə iştirak etmək! Formamız sadəcə geyim deyil — birliyimizin, komanda ruhumuzun və qaçışa olan sevgimizin simvoludur. Onu belə xüsusi gündə təmsil etmək bizim üçün qürurvericidir.

🎉 Leyla xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yeni rekordlar və daha böyük uğurlar arzulayırıq!

Qaçış bizi birləşdirir, birlik bizi daha güclü edir!

💙💚 Dayanma Dostum — Sərhədləri aş!

Komandamıza dəstək üçün İanə et bölməsindən ödəniş edə bilərsiniz.

#Dayanmadostum #Ultrarunning #Azərbaycanqaçışı #runningcommunıty 
Share: f 𝕏 ✆ ✈