Dayanma Dostum Qaçış Klubu Xızıda 18 km-lik cığır qaçışı həyata keçirdi
Dayanma Dostum Qaçış Klubu növbəti cığır qaçışını Xızı rayonunda təşkil edib. Komanda üzvləri 18 km məsafə qət edərək Dizəvər kəndinə yüksəliblər.
600 metr yüksəklik qazancı olan marşrut həm fiziki hazırlığın və dözümlülüyün inkişafı, həm də dağ qaçışı məşqləri üçün əlverişli şərait yaradıb.
Marşrutun ən maraqlı hissələrindən biri möhtəşəm dağ mənzərələri ilə seçilən Dizəvər kəndi olub. Komanda üzvləri burada xatirə şəkli çəkdirərək təbiətin gözəlliyindən zövq alıblar.
Marşrutun digər özünəməxsus cəhəti yol boyunca rast gəlinən fermalar və ərazini qoruyan itlərdir. Bu xüsusiyyətlər Xızı cığırlarına fərqli bir ab-hava qatır və qaçışı daha yaddaqalan edir.
Dayanma Dostum Qaçış Klubu gələcək məşqlərdə də bu marşruta qayıtmağı planlaşdırır. Məsafəsi, yüksəklik qazancı və təbii relyefi ilə marşrut klubun dağ qaçışı məşqləri üçün uyğun seçimlərdən biridir.
Klub məşqə qatılan bütün iştirakçılara təşəkkürünü bildirir.
💚 Klubumuza dəstək olun!
Dayanma Dostum Qaçış Klubunun fəaliyyətinin davamlılığına, yeni məşqlərin və tədbirlərin təşkilinə dəstək olmaq istəyən hər kəs dayanmadostum.az saytı vasitəsilə ianə edə bilər.
Sərhədləri aş!
#dayanmadostum #sərhədləriaş #Xızı #Dizəvər #CığırQaçışı #TrailRunning