🏃‍♂️ 100 KM DÜNYA ÇEMPİONATINA DƏSTƏK QAÇIŞI 🇦🇿
Bu qaçışımızı həm də Dövlət Suverenliyi gününə həsr edirik.
Bu gün komandamız olaraq Azərbaycandan Elmir Askerovun iştirak etdiyi 100 km Dünya Çempionatına dəstək məqsədilə 100 km-lik dəstək qaçışı həyata keçirdik.
🎯 Məqsədimiz 100 km-ni 8 saatdan əvvəl tamamlamaq idi — alındı!
100.06 km | 7:57:21 | 4:46/km | +425 m
Bu gün bir daha gördük ki, ən böyük nailiyyətimiz sadəcə qaçmaq deyil, belə səmimi və ürəkdən komanda ola bilməyimizdir. 💙
Elmir, səni təbrik edir və bizi belə bir yarışda təmsil etdiyin üçün təşəkkür edirik! İnanırıq ki, Azərbaycanda ultra qaçış daha da inkişaf edəcək. 🇦🇿
🙏 Komandamızın bütün üzvlərinə və bizə qoşulan üzvü olmayan hər kəsə dərin təşəkkür edirik.
Bütün gün qaçış məkanında olaraq komandamızın yanında olan Cavad Mustafazadə və Ramil Tariverdiyevə xüsusi təşəkkürümüzü bildiririk.
Həmçinin Nəriman, Ceyhun, Ramin, Ziya, Gülər, Tural, Kristina, Rusif, Loğman, Leyla və Nazimə təşəkkür edirik. ❤️
Bu, sadəcə 100 km deyildi. Bu, birlikdə daha güclü olduğumuzu göstərən bir gün idi.
🤝 Komandamıza dəstək olmaq istəyirsinizsə, saytımızda “İanə et” düyməsini sıxaraq ödənişə davam edə bilərsiniz:
dayanmadostum.az
Birlikdə daha güclüyük! 💙💚
Share: f 𝕏 ✆ ✈