DAYANMA DOSTUM QAÇIŞ KLUBU
Aylıq fəaliyyət hesabatı
Hesabatı oxumamışdan öncə İanə et düyməsinə sıxmaqla Komandamıza dəstək üçün ödənişə keçid edə bilərsiniz. Əvvəlcədən təşəkkürümüzü bildiririk.
Oktyabr 2026
Hesabatın
məqsədi
Klubun aylıq fəaliyyətini, iştirak dinamikasını, yarışlarda təmsilçiliyini,
ən aktiv üzvləri və fərdi nailiyyətləri vahid formatda təqdim etmək.
Hesabat
bölmələri
01 Ayın əsas göstəriciləri
02 İştirak etdiyimiz yarışlar
03 Ayın ən aktiv iştirakçıları
04 Ayın fərdi nailiyyətləri
05 Ayın əsas nəticələri
Qeyd
Bu hesabat yalnız klubun üzvlərini
əhatə edir. Klubun üzvü olmayan, lakin qaçışlarımızda fəal iştirak edən
dostlarımız da var. Aktiv üzvlərimizə, qaçışlarımızda və tədbirlərimizdə
iştirak edən hər kəsə təşəkkür edirik.
Komandamızın
üzvü olmasa, qaçışlarımızda və tədbirlərimizdə aktiv iştirak etdikləri üçün
Leyla Abdinovaya, Nazim Abdinova və Namiq Dəmirova xüsusi təşəkkür edirik.
01
Ayın əsas
göstəriciləri
Sentyabr ayında klubun ümumi fəaliyyətini göstərən seçilmiş göstəricilər.
|
Göstərici |
Oktyabr 2026 |
|
Aktiv iştirakçı |
26 (+3 region) |
|
Ümumi iştirak |
227 |
|
İştirak olunan yarış |
4 |
|
Yarış iştirakçısı |
14 |
26 aktiv iştirakçı ay ərzində 227 iştirakla klub fəaliyyətini
formalaşdırıb.
Hesabatda
əsas anlayışlar
|
Göstərici |
İzah |
|
Aktiv iştirakçı |
Ay ərzində
klubun ən azı 1 qaçışına qoşulan üzv. |
|
Ümumi
iştirak |
Ay ərzində
bütün klub qaçışlarında qeydə alınmış iştirakların cəmi. |
|
Yarış
iştirakçısı |
Ay ərzində
klub ilə və ya klub adından yarışlarda iştirak edən üzvlər. |
02
İştirak
etdiyimiz yarışlar
Klubun digər təşkilatların
keçirdiyi yarışlarda təmsilçiliyi.
|
№ |
Yarışın adı |
Tarix |
Məsafə |
İştirakçı |
Qeyd |
|
1 |
3-cü Xankəndi Ultra Marafonu |
08-11.10.2026-cı il |
192km) |
9 |
Komandamız 9 atlet ilə yarışa qatılmış, onlardan 6 nəfəri
yarışı bitirmişdir. Qadınlarda Gülər Salahova ümumi sıralamada 4-cü yaş
kateqoriyasında 2-ci olmuşdur. Kişilərdə İsa Cavad Mustafazadə ümumi
sıralamda 9-cu yeri tutmuşdur. Üzvlərimizdən Rusif Şirməmmədov, Ceyhun Məmmədov,
Ramil Tarıverdiyev və Mehman Nəbiyev uğurlu bitirmişdir. |
|
2 |
Zirvəyə qalxaq?! |
18.10.2026 |
Pilləkənlər |
6 |
Hər bir iştirakçı uğurla bitirmişdir. |
|
3 |
Kros qaçışı üzrə payız ölkə çempionatı |
18.10.2026 |
10km |
1 |
Komandamızdan
Seymur Hüseynov yarışda iştirak etmişdir. Səhhəti ilə əlaqədar yarışı bitirməmişdir. |
|
4 |
Sadıq Sadıqovun anadan olmasının 72-ci ildönümünə həsr
olunmuş “Qızıl Payız Qaçış Festivalı” |
25.10.2026 |
12 km |
7 |
Komandamızdan
Gülər Salahova qadınlar arasında ümumi
kateqoriyada 3-cü, yaş kateqoriyasında isə
1-ci olmuşdur. Kişilər arasında Seymur Hüseynov 4-cü, Cavad Mustafazadə
isə 6-cı olmuşdur. |
4 yarışda ümumilikdə 14 klub üzvü iştirak edib.
03
Ayın ən
aktiv iştirakçıları
Ən çox
qaçışa qoşulan 3 qadın
|
Sıra |
İştirakçı |
İştirak |
|
1 |
Gülər Salahova |
12 |
|
2 |
Nərmin Həsənli |
10 |
|
3 |
Nərmin Bəhmanova Səriyyə Heydərova |
8 |
Ən çox
qaçışa qoşulan 3 kişi
|
Sıra |
İştirakçı |
İştirak |
|
1 |
Cavad Mustafazadə |
23 |
|
2 |
Ceyhun Məmmədov |
22 |
|
3 |
Ramil Tarıverdiyev |
19 |
Aylıq məsafə
göstəricisi
|
Kateqoriya |
İştirakçı |
Məsafə |
|
Qadınlar üzrə |
Gülər Salahova |
405.2km |
|
Kişilər üzrə |
Nəriman İsmayılov |
509km |
04
Ayın fərdi
nailiyyətləri
Şəxsi rekordlar, yeni məsafələr
və yarışlardakı diqqətçəkən nəticələr.
QADINLAR
|
İştirakçı |
Nailiyyət |
Əvvəlki nəticə |
Yeni nəticə |
Tarix və yarış |
|
Gülər Salahova |
10 km şəxsi rekord |
- |
48 dəqiqə 30 saniyə |
Qızıl Payız Qaçış Festivalı |
|
Kristina Quliyeva |
10 km şəxsi rekord |
|
55 dəqiqə 21 saniyə |
Qızıl Payız Qaçış Festivalı |
KİŞİLƏR
|
İştirakçı |
Nailiyyət |
Əvvəlki nəticə |
Yeni nəticə |
Tarix və yarış |
|
Cavad Mustafazadə |
10 km şəxsi rekord |
39 dəqiqə 56 saniyə |
38 dəqiqə 46 saniyə |
Qızıl Payız Qaçış Festivalı |
|
Rusif Şirməmmədov |
5 km şəxsi rekord |
19 dəqiqə 53 saniyə |
19 dəqiqə 4 saniyə |
Məşqdə |
|
Ziya Ağazadə |
10 km şəxsi rekord |
- |
45 dəqiqə 23 saniyə |
Məşqdə |
|
Ramin Salayev |
10 km şəxsi rekord |
- |
45 dəqiqə 47 saniyə |
Məşqdə |
|
Pərviz İsmayıllı |
5 km şəxsi rekord |
- |
23 dəqiqə 43 saniyə |
Məşqdə |
|
Ramil Tarıverdiyev |
10 km şəxsi rekord |
- |
52 dəqiqə 29 saniyə |
Qızıl Payız Qaçış Festivalı |
|
Fərid Əliyev |
10 km şəxsi rekord |
- |
50 dəqiqə 46 saniyə |
Qızıl Payız Qaçış Festivalı |
05
Ayın əsas
nəticələri
Oktyabr ayında klubumuz kifayət
qədər aktiv olub.
Üzvlük və
iştirak
• 3 üzvümüzün doğum günü oktyabr ayında
olmuşdur.
• 3 nəfər qaçışdan uzaqlaşdığına görə Komandadan
ayrılıb.
• Ən çox yarışda iştirak edən
üzvümüz Ramil Tarıverdiyev olub.
Yarışlar
və fərdi nailiyyətlər
• Ayın ən səbirli idmançısı Nərmin Bəhmanova
olmuşdur. O, Xankəndi Ultra Marafonunu 2-ci gündə tərk etsə də, o həmin günü
yarışı bitirmişdir. Sadəcə vaxt limitindən 9 dəqiqə gec gəldiyi üçün qaydalara
uyğun yarışdan kənarlaşdırılmışdır.
• Arif Lətifov Xankəndi Ulta Marafonunun ilk
gününü uğurla bitirərək, ultraqaçışçı adını qazanmışdır.
• Ayın ən surpriz idmançısı Mehman Nəbiyev
olub. O, Xankəndi Ultamarafonunun 1-ci mərhələsində 1 saat 40 dəqiqə 14 saniyəyə yarımarafon qaçdı.
Kommunikasiya
və təşkilati fəaliyyət
• Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu
(MİTRİ) ilə
əməkdaşlıq müqaviləsi imzalanmışdır. Atletlərimiz müəyyən check-up paketlərdən endirimlə
faydalana biləcəklər.
• Komandamızın hesabına üzvlərimiz
və digər şəxslər tərəfindən toplam 171 AZN ianə edilmişdir.
• Instagram hesabımızda 32 post paylaşılıb.
Onlardan bir neçəsi üzvlərimizlə birgə paylaşılıb.
• Everest zirvəsini fəth edən ilk
azərbaycanlı qadın alpinist Vəfa Musayeva ilə görüşdə iştirak edib.
• “Həmrəylik Qaçışı 2026”nın təşkili istiqamətində
fəaliyyət həyata keçirilib.