DAYANMA DOSTUM QAÇIŞ KLUBU

Aylıq fəaliyyət hesabatı


Hesabatı oxumamışdan öncə İanə et düyməsinə sıxmaqla Komandamıza dəstək üçün ödənişə keçid edə bilərsiniz. Əvvəlcədən təşəkkürümüzü bildiririk.


Sentyabr 2026 - üzərinə klik etdikə hesabat açılır


Hesabatın məqsədi

Klubun aylıq fəaliyyətini, iştirak dinamikasını, yarışlarda təmsilçiliyini, ən aktiv üzvləri və fərdi nailiyyətləri vahid formatda təqdim etmək.


Hesabat bölmələri

01   Ayın əsas göstəriciləri

02   Klubun təşkil etdiyi tədbirlər

03   İştirak etdiyimiz yarışlar

04   Ayın ən aktiv iştirakçıları

05   Cari dövr üzrə ən aktiv iştirakçılar və xal

06   Ayın fərdi nailiyyətləri

07   Ayın əsas nəticələri


Qeyd

Bu hesabat yalnız klubun üzvlərini əhatə edir. Klubun üzvü olmayan, lakin qaçışlarımızda fəal iştirak edən dostlarımız da var. Aktiv üzvlərimizə, qaçışlarımızda və tədbirlərimizdə iştirak edən hər kəsə təşəkkür edirik.


01

Ayın əsas göstəriciləri

Sentyabr ayında klubun ümumi fəaliyyətini göstərən seçilmiş göstəricilər.

Göstərici

Sentyabr 2026

Aktiv iştirakçı

28 (+3 region)

Təşkil olunan tədbir

2

Ümumi iştirak

156

İştirak olunan yarış

3

Yarış iştirakçısı

5

Əlavə xal alan

3

Təşkil olunan açıq məşq

19

 

Ayın diqqətçəkən göstəricisi

28 aktiv iştirakçı ay ərzində 153 iştirakla klub fəaliyyətini formalaşdırıb.

Hesabatda əsas anlayışlar

Göstərici

İzah

Aktiv iştirakçı

Ay ərzində klubun ən azı 1 qaçışına qoşulan üzv.

Ümumi iştirak

Ay ərzində bütün klub qaçışlarında qeydə alınmış iştirakların cəmi.

Yarış iştirakçısı

Ay ərzində klub ilə və ya klub adından yarışlarda iştirak edən üzvlər.

Əlavə xal alan

Standart 1 xallıq iştirakdan əlavə 2 xallıq iştirak və ya digər müəyyən edilmiş meyar üzrə əlavə xal qazanan üzv.

 


02

Klubun təşkil etdiyi tədbirlər

Yalnız klubun təşkil etdiyi xüsusi aylıq tədbirlər.

Tarix

Tədbirin adı

İştirakçı

Qeyd

20.09.2026

100K ESTAFET (100KM DÜNYA ÇEMPİONATINA DƏSTƏK QAÇIŞI)

10+

Komanda kifayət qədər aktiv oldu. Üzvlərdən Cavad və Ramil tam gün komandaya dəstək göstərdilər və qaçdılar.

27.09.2026

27 SENTYABR – ANIM GÜNÜ QAÇIŞI (KLUBLARLA BİRGƏ)

70+

Dayanma Dostum, Zəfər, DoktorRun, Baku Marathon Klub, Sumqayıt Matafon Klubu və sərbəst qaçışçılar bu qaçışda birgə qaçış etdilər. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

 

Sentyabrda klub tərəfindən 2 xüsusi tədbir təşkil olunub. Ən yüksək iştirak 27 sentyabr tarixində keçirilən “27 sentyabr – Anım Günü” tədbirində qeydə alınıb.

03

İştirak etdiyimiz yarışlar

Klubun digər təşkilatların keçirdiyi yarışlarda təmsilçiliyi.

№

Yarışın adı

Tarix

Məsafə

İştirakçı

Qeyd

1

İronman Azerbaijan 70.3

05.09.2026

113 (qarışıq)

1

Üzvümüz Fərid Əliyev yarışda uğurlu finish etmişdir.

2

Dübəndi estafeti

12.09.2026

6.7km

2

2 üzvümüz (Kristina Quliyeva və Nərmin Bəhmənova) bu yarışda iştirak edərək komandamızı təmsil etdilər.

3

Kros qaçışı üzrə Payız Bakı çempionatı

19.09.2026

10 km

1

Üzvümüz Seymur Hüseynov çempionatda iştirak edərək 2-ci yerə layiq görüldü.

4

Fitnes Running Festival

26.09.2026

Qarışıq

1

Üzvümüz Pərviz İsmayıllı bu yarışda master kateqoriyasında 2-ci yerə layiq görüldü.

 

4 yarışda ümumilikdə 5 klub üzvü iştirak edib.


04

Ayın ən aktiv iştirakçıları

Ən çox qaçışa qoşulan 3 qadın

Sıra

İştirakçı

İştirak

1

Nərmin Həsənli

8

2

Gülər Salahova

7

3

Səadət Qəmbərova

4

 

Ən çox qaçışa qoşulan 3 kişi

Sıra

İştirakçı

İştirak

1

Ramil Tariverdiyev

17

2

Cavad Mustafazadə

15

3

Tural Fətullayev

11

 

Aylıq məsafə göstəricisi

Kateqoriya

İştirakçı

Məsafə

Qadınlar üzrə

Gülər Salahova

325 km

Kişilər üzrə

Nəriman İsmayılov

459 km

 


05

Cari dövr üzrə fəallıq və xal

01 avqust – 30 sentyabr 2026

Xal qaydası

Klubun hər bir qaçışına qoşulmağa görə 1 xal hesablanır. Müəyyən edilmiş bəzi tədbirlərdə və ya meyarlara uyğun iştirak 2 xal hesab edilə bilər. Buna görə yekun xal iştirak sayından yüksək ola bilər.

Ən aktiv qadın iştirakçılar

Sıra

İştirakçı

İştirak

Xal

1

Nərmin Həsənli

14

15

2

Gülər Salahova

13

13

3

Kristina Quliyeva

9

9

 

Ən aktiv kişi iştirakçılar

Sıra

İştirakçı

İştirak

Xal

1

Cavad Mustafazadə

32

32

2

Ramil Tariverdiyev

27

28

3

Tural Fətullayev

18

19

4

Ceyhun Məmmədov

19

19

 

06

Ayın fərdi nailiyyətləri

Şəxsi rekordlar, yeni məsafələr və yarışlardakı diqqətçəkən nəticələr.

İştirakçı

Nailiyyət

Əvvəlki nəticə

Yeni nəticə

Tarix və yarış

Rusif Şirməmmədov

5 km şəxsi rekord

-

19 dəqiqə 53 saniyə

Məşqdə

Rusif Şirməmmədov

10 km şəxsi rekord

-

44 dəqiqə 52 saniyə

Məşqdə

Ziya Ağazadə

2 mil şəxsi rekord

-

13 dəqiqə 10 saniyə

Məşqdə

Ziya Ağazadə

1/2 mil şəxsi rekord

-

2 dəqiqə 56 saniyə

Məşqdə

 


07

Ayın əsas nəticələri

Sentyabr ayında klubumuz kifayət qədər aktiv olub.

Üzvlük və iştirak

•  Kluba 2 yeni üzv qəbul edilib: Nəriman İsmayılov və Mehman Nəbiyev. Hər iki şəxs sınaqdan keçib.

•  2 üzvün fəaliyyəti dayandırılıb.

•  Ən çox qaçan xanım iştirakçı Nərmin Həsənli olub.

•  Ən çox qaçan bəy iştirakçı Ramil Tariverdiyev olub.

•  Bütün uzun qaçışlarda sabit iştirak edən xanım üzvümüz Gülər Salahova olub.

Yarışlar və fərdi nailiyyətlər

•  4 yarışda ümumilikdə 5 klub üzvü iştirak edib.

•  Rusif Şirməmmədov 5 km və 10 km məsafələrdə şəxsi rekordunu yeniləyib.

•  Ziya Ağazadə Bazaryurd zirvəsinə qalxıb, həm də 1/2 mil və 2 mil məsafədə şəxsi rekordunu yeniləyib. .

•  Nərmin Həsənli Yarudağ zirvəsinə qalxıb.

Kommunikasiya və təşkilati fəaliyyət

•  Veb saytımız dayanmadostum.az istifadəyə verilib.

•  Instagram hesabımızda 21 post paylaşılıb. Onlardan bir neçəsi digər klublarla birgə paylaşılıb.

•  “Həmrəylik Qaçışı 2026”nın təşkili istiqamətində fəaliyyət həyata keçirilib.

Share: f 𝕏 ✆ ✈